Logo

Avropa İttifaqı Azərbaycanla yaxınlaşır - "Bakı bundan istifadə etməlidir"

Avropa İttifaqı Azərbaycanla yaxınlaşır - "Bakı bundan istifadə etməlidir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Avropa İttifaqı arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq. İşçi qrup investisiya qoyuluşu, qarşılıqlı ticarət əlaqələri və digər məsələlərlə məşğul olacaq.

Bəs bu qrupun fəaliyyəti Azərbaycana nə qazandıracaq?

Məsələyə münaibət bildirən iqtisadçı Eldəniz Əmirov Sfera.az-a bildirib ki, Avropa ilə sıx əməkdaşlıq önəmlidir:

“Mən hesab edirəm ki, Azərbaycan həm investisiyaları cəlb etmək üçün, həm ixracını stimullaşdırmaqdan ötrü, eyni zamanda iqtisadiyyatın diversifikasiyası olunması üçün Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etməlidir. Çünki həm Azərbaycana Avropanın, həm də Avropaya Azərbaycanın ehtiyacı var”.

Avropa İttifaqı Azərbaycanla yaxınlaşır - "Bakı bundan istifadə etməlidir"

İqtisadçı Azərbaycanın dəhlizlər üzərində yerləşməsinin ölkəmiz üçün ciddi üstünlüklər qazandırdığını dedi:

“Eyni zamanda Azərbaycanın şimal, cənub, şərq, qərb, şimal-qərb, cənub-qərb dəhlizləri üzərində yerləşməsi ölkəmizi əvəzedilməz bir tərəfdaşa çevirib. Bu baxımdan Azərbaycan bu üstünlüyündən mütləq şəkildə istifadə etməlidir".

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR