“iOS 26” batareyanı tez qızdırır”: "Apple”dan açıqlama

"iOS 26" batareyanı tez qızdırır": "Apple"dan açıqlama
Kateqoriya məlum deyil
T

“Apple”, “iOS 26” yeniləməsinin yayımlanmasından sonra bəzi “iPhone” istifadəçilərinin batareya ömrü və qızma ilə bağlı şikayətlərinə cavab verib. Şirkət bildirib ki, bu vəziyyət müvəqqətidir və böyük proqram yeniləmələrindən dərhal sonra baş verən normal haldır.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Apple”ın açıqlamasında qeyd olunub ki, bu mərhələdə cihaz məlumatları indeksləşdirir, faylları axtarış üçün hazırlayır, yeni elementləri endirir və tətbiqləri yeniləyir. Buna görə də batareya ömründə və qızmada qısa müddətli dəyişikliklər müşahidə edilə bilər.


Şirkət əlavə edib ki, bəzi yeniləmələr daha çox resurs tələb etdiyi üçün keyfiyyətdə və batareya ömründə kiçik dəyişikliklər yarana bilər, lakin bu, istifadəçiləri yeniləmədən çəkindirməməlidir.


“Apple” vurğulayıb ki, yeniləmələrin əsas üstünlüyü təhlükəsizlikdir. Yeniləmələr son təhlükəsizlik məsələlərini və kritik düzəlişləri əhatə edir, istifadəçiləri zərərli proqramlardan və kiberhücumlardan qoruyur.


Xatırladaq ki, bir müddət əvvəl yayımlanan “iOS 18.6.2” versiyası hakerlərin istifadə etdiyi boşluğu aradan qaldırmışdı.


“iOS 26” ilə birlikdə “Liquid Glass” dizayn dili, təkmilləşdirilmiş “Apple Intelligence” süni intellekt funksiyaları və gücləndirilmiş spam qoruması da təqdim olunub. Şirkət, istifadəçilərə cihazlarını bir neçə gün normal şəkildə işlətməyi tövsiyə edib. Bu müddət ərzində proqram təminatı optimizasiyanı tamamlayacaq və batareya keyfiyyəti normallaşacaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR