Türkiyədən Azərbaycana geyim idxalı azalıb - RƏQƏMLƏR

Türkiyədən Azərbaycana geyim idxalı azalıb - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,76 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

 

Sfera.az xəbər verir ki, bu haqda Türkiyə İxracatçılar Məclisi məlumat açıqlayıb.

 

Məlumata əsasən, builki idxal 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.

 

Təkcə avqustda Türkiyə Azərbaycana 6,166 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 % çoxdur.

 

8 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 11,228 milyard ABŞ dollarına, avqustda isə 8,5 % azalaraq 1,526 milyard ABŞ dollarına enib./report.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR