“Microsoft”un dəniz altındakı kabelləri kəsildi

"Microsoft"un dəniz altındakı kabelləri kəsildi
Kateqoriya məlum deyil
T

“Microsoft” Qırmızı dənizdə bir neçə dənizaltı fiber kabeldə baş verən kəsintilər səbəbindən “Azure” istifadəçilərini mümkün xidmət fasilələri barədə xəbərdar edib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bildirir ki, kəsintilər xüsusilə Asiya və Avropa arasındakı internet ötürülməsində gecikmələrə yol aça bilər. Qırmızı dəniz, Avropa və Asiyanı birləşdirən və dünya internet trafikinin təxminən 17%-ni daşıyan kritik marşrut kimi önəm daşıyır. 


Məlumata görə, son kəsintilər AAE-1 və EIG kimi bir çox əsas kabeli təsir edərək qitələrarası məlumat axınını əhəmiyyətli dərəcədə pozub. “Azure” problemi aradan qaldırmaq üçün əlaqəni alternativ şəbəkə yolları vasitəsilə yönləndirib. Lakin şirkət istifadəçiləri normaldan daha yüksək gecikmələr və təmir işlərinin uzun çəkə biləcəyi barədə xəbərdar edib.


Dünyanın ikinci ən böyük bulud təminatçısı olan “Microsoft”, hadisənin qlobal internet infrastrukturuna təsirini izlədiklərini və vəziyyətin düzəlməsi üçün işlərin davam etdiyini açıqlayıb.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR