Azərbaycan Hava Yolları (AZAL) ilə uçuş edən sərnişindən əlavə baqaja görə tələb edilən qiymətlər sərnişində narazılığa səbəb olub. Sərnişin Bakı–Moskva–Sankt-Peterburq reysi zamanı əlavə baqaj üçün yüksək məbləğlərin tələb edilməsini videoya çəkərək qeydə alıb.
Sfera.az xəbər verir ki, kadrlarda görünür ki, əməkdaşlar sərnişinin baqaj yükünün çəkisini ölçürlər.
Sərnişin isə aviaşirkətin işçilərinə üz tutaraq bildirir:
“37 kiloqrama görə 561 manat, 25 kiloqram çantaya isə 425 manat pul istəyirsiniz. Cəmi 62 kiloqrama görə 986 manat! Bu, bir nəfərin biletindən iki dəfə baha başa gəlir”.
Sərnişin sözlərinə görə, adi iki çantaya görə tələb olunan bu məbləğ qeyri-adekvatdır və AZAL-ın qiymət siyasətində şəffaflıq yoxdur.
Məsələ ilə bağlı Hava Limanının İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu göndərdik.
Sorğuya cavab olaraq bildirildi ki, görüntülər 1 il əvvələ aiddir.
“Paylaşılan video bir il əvvəl baş vermiş hadisəyə aiddir. Həmin uçuş “Utair” aviaşirkəti tərəfindən həyata keçirilib və baqajın daşınması ilə bağlı qaydalar tamamilə bu aviaşirkətin şərtlərinə əsaslanır”.
Bəsti
Sfera.az