Bu konfrans Azərbaycana yeni investisiya imkanları yaradacaq

Bu konfrans Azərbaycana yeni investisiya imkanları yaradacaq
Kateqoriya məlum deyil04.09.25, 10:352 👁️
T

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (ÜTİK-25) keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş təsdiq ediləcək.

 

Bu hadisə ölkəmizə hansı töhfələr verəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (ÜTİK-25) ölkəmiz üçün bir neçə mühüm töhfə verəcək. 

 

Onun sözlərinə görə, bu tədbir Azərbaycanın qlobal telekommunikasiya gündəliyində mərkəzi oyunçuya çevrilməsinə imkan yaradacaq. Burada qəbul ediləcək qərarlar və müzakirə ediləcək mövzular gələcək onilliklərdə telekommunikasiya və rəqəmsal inkişaf sahəsində beynəlxalq siyasət və strategiyalara təsir göstərəcək.

 

Ekspert qeyd edib ki, saziş ölkənin beynəlxalq nüfuzunun güclənməsinin işarəsidir:

 

“Dünyanın aparıcı dövlətlərinin, texnologiya şirkətlərinin və ekspertlərinin Bakıya toplaşması Azərbaycanın həm regional, həm də qlobal miqyasda rəqəmsal mərkəzə çevrilməsinə xidmət edəcək. Bu isə yeni investisiya imkanlarını, tərəfdaşlıqları və bilik mübadiləsini stimullaşdıracaq.

Eyni zamanda, konfrans çərçivəsində rəqəmsal inklüzivlik, kibertəhlükəsizlik, 5G/6G texnologiyaları, peyk və bulud həlləri kimi prioritet sahələrdə əməkdaşlıq imkanları genişlənəcək. Azərbaycanın milli maraqları baxımından isə bu, həm rəqəmsal transformasiya proseslərinə, həm də startap və İT ekosisteminin inkişafına birbaşa dəstək deməkdir”.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...