“Lacoste” 92 illik loqosunu dəyişdi – FOTO

Fransanın dünyaca məşhur moda brendi “Lacoste” 92 illik ənənəsini pozaraq simvolik timsah loqosunu dəyişib. Bu addım, markanın uzun illərdir əməkdaşlıq etdiyi serbiyalı tennis ulduzu Novak Cokoviç üçün atılıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Açıq turnirinə xüsusi hazırlanan kolleksiyada timsah əvəzinə “Bütün zamanların ən yaxşısı” ifadəsini simvolizə edən yeni fiqur yer alıb. Brendin tarixi boyu loqonun dəyişdirilməsinə nadir hallarda icazə verilsə də, Cokoviç üçün istisna olunub.
“Lacoste”un baş direktoru Tierry Quibert açıqlamasında bildirib ki, Novak Cokoviç səkkiz ildən çoxdur markanın bir parçasıdır:
“O, bu müddətdə 12 “Grand Slam” tituluna sahib olub və kortdan kənarda təmsil etdiyi dəyərlərlə “Lacoste”yə böyük töhfə verib. Yeni loqo ilə onun uğurlarını qiymətləndirmək istəyirik”.
İdman dünyasında “Bütün Zamanların Ən Yaxşısı” titulu uzun müddət Mişel Cordan, Tiqer Vuds və Pele kimi adlarla bağlı xatırlansa da, hazırda bu anlayış tennisin ən uğurlu adlarından biri olan Novak Cokoviçlə assosiasiya olunur. Yeni kolleksiyanın təqdimatı həm moda, həm də idman dünyasında böyük maraq doğuracağı gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az







