Bu aydan hansı sosial artımlar qüvvəyə minir?

Bu aydan hansı sosial artımlar qüvvəyə minir?
Kateqoriya məlum deyil
T

Azərbaycan Prezidentinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə imzaladığı Sərəncam bu gündən qüvvəyə mindi.


Sferea.az xəbər verir ki, deputat Vüqar Bayramov bu artımlara münasibət bildirib.


Millət vəkili qeyd edib ki, Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsini təsdiq edən bu sənədlə təqaüdlərin artırılması bu ildən reallaşan beşinci sosial paketin istiqamətlərindən biridir:

 

"Yeni sənədlə doktorantura səviyyəsi üzrə elmlər doktoru hazırlığı üzrə doktorantlar da da daxil olmaqla, təhsilin fərqli pillərində təhsil alan vətəndaşlarımızın təqaüdləri artırıldı. 450 manatadək yüksələn artımlar Azərbaycannda təhsilin inkişafını stimullaşdırmaqla yanaşı, təhsil pilləsində vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir”.


Deputat vurğulayıb ki, 3 milyon vətəndaşımızı əhatə edən builki sosial paketə dövlət büdcəsindən əlavə olaraq 1,4 milyard manat vəsait ayrılacaq:

 

 

"Bütövlükdə, dövlət büdcəsindən bu il sosial istiqamətə 16,9 milyard manatın ayrılması reallaşacaq. Aydındır ki, təqaüdlərin artımı vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də ölkəmizdə insan kapitalının inkişafının stimullaşdırılması baxımdan da vacib addımdır".


Vüqar Bayramov bildirib ki, sosial siyasətin hər zaman diqqət mərkəzində olduğunu nəzərə alaraq növbəti mərhələdə yaşa görə müavinətin də artırılacağı gözlənilir:

 

"Bu istiqamətdə fiskal qiymətləndirilmənin aparılması və müvafiq qərarların verilməsi sosial baxımdan zəruridir. Bütövlükdə, sosial təminat tədbirlərin miqyasını nəzərə aldıqda sosial istiqamətdə davamlı olaraq yeni qərarların veriləcəyi gözləniləndir".


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR