Dünyada ən çox və ən az bahalaşan məhsullar

Dünyada ən çox və ən az bahalaşan məhsullar
Kateqoriya məlum deyil
T

"ICE Futures", "CME Group" və "Şanxay Metallar Birjasının" məlumatlarını təhlil edən ekspertlər avqust ayında dünyada ən çox bahalaşan məhsulların "Robusta" və "Arabica" qəhvə növləri olduğunu müəyyənləşdiriblər.

 

Sfera.az teleqraf-a istinadən xəbər verir ki, dünya üzrə ən çox ucuzlaşanlar isə ağac və mis materiallar olub.

 

"Robusta" qəhvəsinin qiyməti avqustda 1,5 dəfə, "Arabica"-nın qiyməti isə 29% artıb. Bundan başqa, London birjasında şəkərin qiyməti 4,9% yüksəlib. Amerika bazarında isə soyanın qiyməti qalxıb.

 

Maqnit istehsalında istifadə edilən neodimium, avqust ayında qiyməti 20% artaraq, yayın sonunda dünyanın ən bahalı metalı olub. Litiumun qiyməti 9,2%, ərintilərin və katalizatorların hazırlanması üçün lazım olan molibdenin qiyməti isə 7,7% artıb.

 

Avqustda dünyanın ən ucuz əmtəəsi taxta-şalban olub, belə ki, qiymətlər 19,2% ucuzlaşıb. Misin qiyməti isə 18,3% ucuzlaşıb. Avqust ayında qiymətləri ucuzlaşan üçüncü məhsul isə portağal şirəsi olub. Dünya bazarlarında portağal şirəsinin qiyməti bu ay 13,7% ucuzlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR