Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-iyul aylarında Azərbaycaa 248 min 470 ton meyvə və tərəvəz idxal edib.

 

Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 191 milyon 481 min ABŞ dolları olub.

 

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14 min 80 ton (6 %), dəyər baxımından isə 19 milyon 585 min ABŞ dolları (11,3 %) çoxdur.  

 

Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.

 

Bundan başqa, 7 ay ərzində Azərbaycan 506 milyon 406 min ABŞ dolları dəyərində 490 min 609 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 122 min 60 ton (33,1 %), dəyər baxımından isə 122 milyon 543 min ABŞ dolları (31,9 %) çoxdur.

 

Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 3,3 % paya malik olub (report). 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR