"iPhone 18" seriyasında yeni prosessorlar olacaq

"iPhone 18" seriyasında yeni prosessorlar olacaq
Kateqoriya məlum deyil
T

“Apple”ın 2026-cı ilin sonunda təqdim edəcəyi gözlənilən “iPhone 18” seriyası barədə yeni məlumatlar yayılıb. İddialara görə, seriyanın ürəyi olacaq “Apple A20” prosessoru TSMC-nin ən son 2nm istehsal texnologiyası ilə hazırlanacaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumatlara əsasən, “Apple” bu texnologiyanın ən böyük müştərisi olacaq və TSMC-nin ümumi 2nm istehsal gücünün təxminən yarısını əvvəlcədən rezerv edib.

 

Qeyd edilir ki, TSMC 2nm çiplərin kütləvi istehsalına 2025-ci ilin dördüncü rübündə başlamalıdır. Bu isə “iPhone 18”in 2026-cı ilin sonlarında bazara çıxması ilə üst-üstə düşür.

 

Bundan əlavə, AMD, Intel, Qualcomm və NVIDIA kimi digər texnologiya şirkətlərinin də 2026–2027-ci illərdə TSMC-nin 2nm prosesindən faydalanacağı bildirilir.

 

Hər bir çipin 30 min dollara qədər yüksək qiymətə başa gəlməsinə baxmayaraq, TSMC-nin qabaqcıl texnologiyasına marağın rekord səviyyədə olduğu vurğulanır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR