Tramp məhkəmənin qərarına əhəmiyyət vermir - Tariflər qüvvədə qalıb

Tramp məhkəmənin qərarına əhəmiyyət vermir - Tariflər qüvvədə qalıb
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, apellyasiya məhkəməsinin bu tariflərin bir çoxunu qanunsuz hesab edən qərarına baxmayaraq, əvvəllər onun başqa ölkələrdən idxal etdiyi mallara tətbiq etdiyi bütün tariflər qüvvədə qalır.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkə hesabında yazıb. 

 

"Bütün tariflər hələ də qüvvədədir. Bu gün apellyasiya məhkəməsi səhv olaraq dedi ki, tariflərimiz qaldırılmalıdır, lakin onlar (hakimlər) Amerika Birləşmiş Ştatlarının sonda qalib gələcəyini bilirlər. Əgər indiki qalarsa bu, ölkə üçün tamamilə fəlakət olacaq. Bu, bizi maliyyə cəhətdən zəiflədəcək",- o, paylaşımda qeyd edib.

 

Tramp qeyd edib ki, ABŞ-nin yeni tariflərə ehtiyacı var: "ABŞ daha böyük ticarət kəsirlərinə, ədalətsiz tariflərə və digər ölkələrin, dost və ya düşmən tərəfindən qoyulan qeyri-tarif ticarət maneələrinə dözməyəcək. BUna görə də, hökmən yeri tariflər olmalıdır".  

 

O qeyd edib ki, administrasiyası sözügedən qərara ABŞ Ali Məhkəməsində etiraz edəcək.

 

Qeyd edək ki, cümə günü səhər saatlarında Kolumbiya Dairəsində Federal Dairə üzrə Apellyasiya Məhkəməsi Trampın hazırda qüvvədə olan bir çox tarifləri tətbiq etmək üçün lazımi səlahiyyətə malik olmadığını bildirən bir qərar verib. Bunlara aprel ayında bir sıra ölkələrə qarşı tətbiq edilən tariflər daxildir. Vaşinqton administrasiyası bu tədbirləri cavab tədbirləri kimi qiymətləndirmişdi. Apellyasiya məhkəməsinin qərarı Trampın fevral ayında Çin, Kanada və Meksikaya qarşı tətbiq etdiyi tariflərə də aiddir.

 

Məhkəmənin qərarına əsasən, tariflər ən azı oktyabrın 14-dək qüvvədə qalacaq. Bu güzəşt müddəti Vaşinqton administrasiyasına ABŞ Ali Məhkəməsinə müraciət hazırlamaq üçün verilib.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR