Pensiya alanların çox qadınlardır - Uzunömürlülük, yoxsa əmək?

Pensiya alanların çox qadınlardır - Uzunömürlülük, yoxsa əmək?
Kateqoriya məlum deyil
T

2025-ci ilin iyun ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min nəfərdən çox olub. Onların 34,84%-ni kişilər, 65,16%-ni isə qadınlar təşkil edib.

 

Niyə müavinət alanların böyük əksəriyyəti qadınlardır? Əmək bazarı, yoxsa uzunömürlülük?

 

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli xanımların sayının daha çox olmasının, təbii ki, həm ailə vəziyyəti, həm də əmək bazarındakı şəraitlə əlaqədar olduğunu deyib. 

 

 

Onun sözlərinə görə, bir neçə uşağı olan qadınlar vaxtında karyera qura bilmir, əmək bazarına tam şəkildə qoşula bilmirlər:

 

“Nəticədə onlar yaşlandıqda sosial müavinət almağa məcbur olurlar. Yəni bu, həm əmək bazarındakı gender bərabərsizliyi, həm də ailə quruluşu ilə bağlıdır. Azərbaycanda çoxuşaqlı anaların əmək bazarına inteqrasiyası olduqca çətin prosesdir”.

 

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ümumilikdə 29 min 400 nəfər dünyasını dəyişib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hər 1000 nəfərə düşən ölüm göstəricisi 5,8 promil təşkil edib. Bu, 2024-cü ilin eyni dövründə qeydə alınan 5,9 promillik göstəricidən aşağıdır.

 

Beləliklə, 2025-ci ilin ilk yarısında ölkədə ölüm hallarının azalma tendensiyası müşahidə olunur.

 

Hazırda statistika cinslər üzrə dəqiqləşdirilməyib, lakin əvvəlki illərin məlumatları göstərir ki, Azərbaycanda ölüm göstəriciləri ənənəvi olaraq kişilər arasında daha yüksək olur.

 

Mütəxəssislərin fikrincə, azalma sosial rifahın yaxşılaşması, tibbi xidmətlərin əlçatanlığının artması və sağlam həyat tərzinə marağın güclənməsi ilə bağlı ola bilər.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR