SOCAR Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb

Kateqoriya məlum deyil
T
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontrakt imzalanıb.
Sfera.az report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksək səviyyəli görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq üçün gözəl imkanlar var:
"Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik".






