Dünyada ən çox turist cəlb edən şəhərlər - Siyahı

“Euromonitorun” 2025-ci il üçün açıqladığı hesabatda dünyanın ən çox turist qəbul edən şəhərləri bəlli olub.
Sfera.az xəbər verir ki, hesabata görə, Banqkok 32,4 milyon turistlə dünyanın ən çox ziyarət edilən şəhəri olub.
İstanbul 23 milyon turistlə ikinci sıraya yüksələrək London və Paris kimi metropolları geridə qoyub.
Türkiyənin turizm paytaxtı Antalya isə 19,3 milyon turistlə altıncı yerdə qərarlaşıb. Aralıq dənizi sahilləri ilə yanaşı, tarixi irsi ilə də tanınan şəhər turistlərin ən çox üstünlük verdiyi mərkəzlərdən biri olub.
Siyahıda həmçinin London, Paris, Honq Konq və Dubay kimi şəhərlər də yer alıb. Dini turizmin təsiri ilə Məkkə də ən çox ziyarət edilən şəhərlər arasında ilk onluğa daxil olub.
“Euromonitor” məlumatlarına görə 2025-ci ilin ən çox ziyarət edilən 10 şəhəri aşağıdakılardır:
1. Banqkok (Tayland) – 32,4 milyon
2. İstanbul – 23 milyon
3. London – 21,7 milyon
4. Honq Konq – 20,5 milyon
5. Məkkə – 19,3 milyon
6. Antalya – 19,3 milyon
7. Dubay – 18,2 milyon
8. Makao (Çin) – 18 milyon
9. Paris – 17,4 milyon
10. Kuala Lumpur (Malayziya) – 16,5 milyon
Bəsti Rəfizadə
Sfera.az






