İqtisadi artımı davamlı saxlamaq mümkündürmü? - RƏY

İqtisadi artımı davamlı saxlamaq mümkündürmü? - RƏY
Kateqoriya məlum deyil
T

2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub.

 

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artım müşahidə olunub.

 

İqtisadiyyatın bu artımı davamlı və dayanıqlı şəkildə qoruyub saxlaması üçün hansı mexanizmlərə ehtiyac var?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov həll yollarının çox olmadığını deyib.

 

 

Onun sözlərinə görə, dünyanın bütün ölkələrinin təcrübəsi göstərir ki, bunun üçün əsas iki şərt var:

 

“Birinci və ən əsas şərt azad və ədalətli rəqabətin mövcudluğudur. İkinci əsas dayağı isə ölkənin bol təbii sərvətləri təşkil edir. Bu iki amildən biri yoxdursa, iqtisadi artım təsadüfi və qısaömürlü olur. Ədalətli rəqabət mühiti qurulmadıqda, nə investisiya gəlir gətirir, nə də sahibkar yeni dəyər yarada bilir. Təbii sərvət bol olmadıqda isə iqtisadiyyat süni nəfəs aparatına qoşulmuş kimi olur”.


 
Ekspert qeyd edib ki, adətən rəqabətin və təbii sərvətlərin yetərsizliyi halında ölkələr başqa üsullara, yəni süni qaydalara, inzibati mexanizmlərə əl atırlar. Amma bu cür yollar dayanıqlı artım yaratmır, sadəcə statistik rəqəmləri qısa müddətlik “bəzəyir”.

 

O, sonda vurğulayıb ki, dayanıqlı iqtisadi artımın (DİA) bir düsturu var: DİA= Azad rəqabət + sərvətlərin düzgün idarəsi. Başqa resept mövcud deyil.


Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR