“iPhone 18”in çıxış tarixi dəyişdi

Kateqoriya məlum deyil
T
“Apple”, “iPhone 18” seriyasının əsas modelinin çıxışını 2027-ci ilin əvvəlinə təxirə salıb. Bu qərar, seriyanın digər modelləri – “iPhone 18 Air”, “Pro” və “Pro Max”a aid deyil. Onlar 2026-cı ilin sentyabrında təqdim.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, qatlanan “iPhone” modeli də “Pro Max” ilə birlikdə bu təqdimatda yer alacaq. Analitiklər hesab edir ki, “Apple” bu addımla istifadəçiləri daha bahalı “Pro” modellərə yönəltməyi hədəfləyir.
Qeyd edək ki, “iPhone 17” seriyası və büdcə yönümlü modellərin satışına təsir olmayacaq.
Bəsti Rəfizadə
Sfera.az






