Tramp-Putin sammiti ərəfəsində Avropada qaz ucuzlaşır

Tramp-Putin sammiti ərəfəsində Avropada qaz ucuzlaşır
Kateqoriya məlum deyil
T

ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin sammiti ərəfəsində Avropada təbii qazın qiymətləri 2025-ci ildə ən aşağı səviyyəyə düşüb.

 

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

 

Amsterdamda ticarət olunan qaz fyuçersləri ayın əvvəlindən təxminən 10 % ucuzlaşaraq maydan bəri ən aşağı səviyyəyə çatıb.

 

Treyderlərin az bir qismi Rusiya boru kəməri qazının Avropaya qayıdışını qaçılmaz hesab etsə də (hətta Ukraynada atəşkəslə bağlı razılaşma əldə olunsa belə), Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyaların gücləndirilməsi və ya yüngülləşdirilməsi qlobal təchizata əhəmiyyətli təsir göstərə bilər.

 

Hazırda Avropaya qaz əsasən ABŞ və Qətər kimi uzaq ölkələrdən daxil olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR