Neft qiymətləri 50 dollara düşə bilər: “ABŞ və Rusiya buna səbəb olur”

Neft qiymətləri 50 dollara düşə bilər: "ABŞ və Rusiya buna səbəb olur"
Kateqoriya məlum deyil
T

ABŞ Energetika Nazirliyi 2026-cı ildə "Brent" markalı neftin qiymətinin 51 dollara enəcəyini proqnozlaşdırır. Əgər bu proqnoz reallaşarsa, Azərbaycanın satdığı neftin qiyməti də təxminən 53-55 dollar səviyyəsinə düşəcək.

 

Məsələ ilə bağlı Sfera.az-a açqılama verən iqtisadçı-ekspert Toğrul Vəliyev bildirib ki, qiymətlərin aşağı düşməsinin bir neçə əsas səbəbi var:

 


“Birinci səbəb OPEC+ tərəfindən verilmiş son qərardır. Neft istehsalının həcmi 548 min barel artırılacaq ki, bu da qiymətlərə mənfi təsir göstərərək ucuzlaşma yaradır. İkinci məsələ ABŞ-də neft istehsalının maksimal həddə çatdırılması ilə bağlıdır. Böyük ehtimalla bu ilin dekabrında ABŞ öz tarixində ən yüksək istehsal həcminə çatacaq. Üçüncü amil isə Rusiyanın neft ixracını davam etdirməsi və bunu endirimlə satmasıdır. Bu, birbaşa birja yolu ilə olmasa da, istehlakçıya təsir edir – istehlakçı daha ucuz nefti alır, bu da digər neftin qiymətlərini aşağı salır”.


Ekspert əlavə edib ki, ilin sonunda qiymətlərin enməsi gözlənilsə də, başqa amillərin təsiri ilə bu dinamika dəyişə bilər:


“Növbəti ilin ən azı birinci rübündə qiymətlər aşağı səviyyədə qalacaq. Sonrakı dövrdə isə qiymətlər bir qədər arta bilər, çünki aşağı qiymətlər səbəbindən istehsalçılar hasilatı azaldacaq, bazarda qıtlıq yaranacaq. Həmçinin, ucuz dövrdə bir çox istehsalçılar ehtiyatlarını dolduracaq ki, bu da gələcəkdə tələbatın azalmasına gətirib çıxaracaq. Siyasi amillərin də prosesə təsiri böyükdür, amma əsas səbəblər ABŞ-də istehsal artımı və Rusiyanın endirimli neft satışıdır”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR