"Bitcoin"in qiymətində rekord - Kriptovalyuta daha da bahalaşacaq

Kateqoriya məlum deyil
T
ABŞ Federal Ehtiyat Sisteminin daha yumşaq pul siyasətini qəbul edəcəyi ilə bağlı artan gözləntilər fonunda "Bitcoin"in qiyməti cümə axşamı günü rekord həddə çatıb.
Sfera.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası olan "Bitcoin" Asiya ticarətinin əvvəlində iyulda müəyyən edilən əvvəlki pik həddini keçərək 124 min dollar olub.
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan "Ether" də gün ərzində 4,780,04 dollara çatıb ki, bu da 2021-ci ilin sonundan bəri ən yüksək səviyyədir.
Proqnozlara əsasən mövcud qiymətlər "Bitcoin" üçün son hədd deyil. Proqnozlaşdırılır ki, kriptovalyutanın dəyəri yaxın vaxtlarda 150 min dollara çatacaq.
Vasif






