Problemli kreditlərin məbləği azaldıldı

Kateqoriya məlum deyil
T
Naxçıvanda problemli kreditlərin məbləği 46,6 faiz azalıb.
Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Sahibkarlığın İnkişafı Fonduna qaytarılması gecikmiş kreditlərin məbləği 1 avqust 2024-cü ildə 5,8 milyon manat olduğu halda, bir il ərzində 2,7 milyon manat və ya 46,6 faiz azalaraq 1 avqust 2025-ci ildə 3,1 milyon manata endirilib.






