Özəl sektor dövlət sektorunu geridə qoydu – Tendensiyanın səbəbi nədir?

Özəl sektor dövlət sektorunu geridə qoydu &ndash; <span style="color:#ff0000">Tendensiyanın səbəbi nədir?</span>
Kateqoriya məlum deyil13.08.25, 07:28216 👁️
T

Əvvəllər Azərbaycanda dövlət sektorunda çalışanların sayı qeyri-dövlət sektorunda, yəni bələdiyyə və özəl sektorda çalışanların sayından xeyli çox idi. Lakin son bir-iki ildə fərq sürətlə azaldı və nəticədə qeyri-dövlət sektorunda çalışanların sayı dövlət sektorunu ötdü.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, son iki ilə yaxın müddətdə muzdla çalışan işçilərin sayında dövlət sektorunda azalma, özəl sektorda isə az da olsa artım müşahidə olunur.


Onun sözlərinə görə, bu tendensiyanın əsas səbəblərindən biri dövlət idarəetməsində və büdcədən maliyyələşən müəssisələrdə idarəetmənin optimallaşdırılması ilə bağlı qəbul edilən ümumi qərardır:


“Daha az ştatla bəlli işlərin görülməsi ilə bağlı qərar var. Yeni ştatlar açılmır, təqaüdə çıxanların yerinə yeni işçilər götürülmür. Nəticədə dövlət sektorunda çalışanların sayı azalır”.

 


Ekspert vurğulayıb ki, son bir ildə özəl sektorda təxminən 30 min yeni iş yeri yaradılıb:


“Bu, pis deyil, amma daha yaxşı nəticələr olmalıdır. Əgər dövlət sektorunda ştatların sayı azalırsa, özəl sektora daha çox üstünlük verilməlidir. İş yerlərinin açılması üçün daha çox təşviq proqramlarına ehtiyac var”.


Natiq Cəfərli hesab edir ki, bu tendensiya gələcəkdə də davam edəcək:


“Azərbaycanda əhalinin sayına görə büdcə təşkilatlarında işləyənlərin sayı hələ də çoxdur. Təxminən 900 min nəfərə yaxın insanın dövlət təşkilatlarında, onların da çox hissəsinin dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışması kiçik bir ölkə üçün yüksək rəqəmdir. Ona görə də dövlət sektorunda azalmalar olacaq, amma özəl sektor üçün daha yaxşı şərait yaradılmalıdır ki, iş yerlərinin sayı orada daha rahat yaransın”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...