Logo

Əhalinin qeyri-ərzaq xərcləri daha sürətlə artır - Rəqəmlər

Əhalinin qeyri-ərzaq xərcləri daha sürətlə artır - Rəqəmlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan əhalisinin qeyri-ərzaq məhsullarına çəkilən xərclərində sürətli artım müşahidə edilir.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində ərzaq xərcləri 1,5 faiz artdığı halda, qeyri-ərzaq xərclərində artım 6,7 faiz olub.

Qeyri-ərzaq xərcləri arasında daha sürətlə artanlar əczaçılıq məhsulları (18,4 faiz), İKT məhsulları (11 faiz), avtomobil yanacağı (6,8 faiz) təşkil edib.

Qeyri-ərzaq xərclərində artım sürətinin yüksək olmasına baxmayaraq hələ də əhalinin xərclərində ərzaq xərclərinin payı daha yüksəkdir. Belə ki, ümumi pərakəndə ticarət xərclərinin 54,9 faizi ərzağa, içkilərə və tütün məmulatlarından, 45,1 faizi qeyri-ərzaq mallarından ibarətdir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR