Şamaxı rayonunun Nağaraxana kəndində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə 2,5 milyon manata 14 otaqlı villa satışa çıxarılıb.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, ümumi sahəsi 1000 kvadratmetr olan bu mülk 42 sot torpaq sahəsində inşa olunub.
Evin bir kvadratmetrinə düşən dəyəri isə 2 500 manat təşkil edir.
Ev xarici mütəxəssislər tərəfindən xüsusi sifarişlə tikilib və təmirdən sonra yaşayış olmayıb. Dörd mərtəbədən ibarət olan villanın zirzəmisi də daxil olmaqla ümumilikdə 14 otağı, sanitar qovşaqları, qonaq otaqları, saunaları və terrasları mövcuddur. Evdə ümumi istilik sistemi və hərtərəfli işıqlandırma sistemi qurulub.
Ətrafı hündür hasarla əhatələnmiş villanın iki giriş qapısı mövcuddur. Həyətyanı sahədə meyvə ağacları, əlavə tikililər, qaravolçu evi və manqal sahəsi yerləşir.
Onu da bildirək ki, ev, xarici mütəxəssislər tərəfindən xüsusi sifarişlə tikilib və təmirdən sonra yaşayış olmayıb.
Qeyd edək ki, mülk yol kənarında, kəndin istirahət zonalarına yaxın hissəsində yerləşir. Evin və torpağın çıxarışı, həmçinin, texniki passportları tam qaydasındadır. Elanda qeyd edilənə görə, satış məbləğinin bir hissəsi barter yolu ilə ödənilə bilər, həmçinin qiymətdə də razılaşma mümkündür.