Logo

Neftin qiyməti xeyli azalıb - Daha da ucuzlaşa bilər

Neftin qiyməti xeyli azalıb - Daha da ucuzlaşa bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Neft qiymətlərində ucuzlaşma davam edir.

Sfera.az xəbər verir ki, avqust ayı daxil olandan neft qiymətlərində nəzərəçarpacaq enmə baş verib.

İyulun sonunda "Brent" neftinin qiyməti 72-73 dollar idi. Amma bu gün bu neftin dəyəri 65-66 dollara enib.

Ümumilikdə, "Brent" nefti  son bir ayda 6 faiz, son bir ildə isə 17 faiz dəyər itirib. Bir il əvvəl "Brent" nefti 80 dollara satılırdı.

Son günlərdə neftin ucuzlaşmasına ABŞ Prezidenti Donald Trampın açıqlamaları səbəb olub. Tramp hesab edir ki, Rusiyanı Ukrayna ilə bağlı atəşkəsə razı salmaq üçün hökmən neft ucuzlaşmalıdır. Böyük ehtimalla, sanksiyalar səmərə verməsə ABŞ neftin qiymətinin 60 dollara qədər enməsinə çalışacaq.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR