Avropada inflyasiya 2 faizə düşüb

İqtisadiyyat
14:01 / 02.08.2025
1727
Avrozonada iyul ayında inflyasiya səviyyəsi 2 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfinə bərabər olub.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, aylıq müqayisədə ən böyük qiymət artımı 3,3 faizlə qida sektorunda və tütün məmulatlarında qeydə alınıb.
Xidmətlər sektorunda isə qiymət artımı əvvəlki ayla müqayisədə 3,1 faiz olub.
Bazar proqnozları iyulda Avrozonada inflyasiyanın 1,9 faiz olacağı istiqamətində idi. İyun ayında da Avrozonada inflyasiya səviyyəsi 2 faiz təşkil etmişdi.