“Kontakt” Avropanın №1 elektronika birliyinə üzv oldu

“Kontakt” Avropanın №1 elektronika birliyinə üzv oldu

“Kontakt” mağazalar şəbəkəsi Qafqaz regionunda bir ilkə imza ataraq Avropanın ən böyük elektronika ittifaqı – “Euronics”in rəsmi tərəfdaşı seçildi. İttifaqa üzvlük yerli bazarda lider mövqeyə sahib, rəsmi və keyfiyyətli dünya brendləri ilə partnyorluq edən, həmçinin müştəri yönümlü fəaliyyət prinsiplərinə əsaslanan şirkətlərə təqdim olunur.


“Euronics”lə əməkdaşlıq “Kontakt”a Avropa təcrübəsini ölkə bazarında tətbiq etmək, eyni zamanda öz bilgi və yanaşmalarını beynəlxalq platformada bölüşmək imkanı yaradır. Artıq kontakt.az saytında “Euronics nişanı” da bu əməkdaşlığı rəsmi şəkildə əks etdirir.


Müştərilər üçün hansı üstünlüklər var?


“Euronics” üzvlüyü sayəsində "Kontakt" daha geniş məhsul seçimi, sərfəli şərtlər, eləcə də xidmət və dəstək sahəsində əlavə güclənmə fürsətləri əldə edir.
“Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə bu partnyorluğu belə dəyərləndirir:


“Müştəri xidmətlərinə Avropa dəyəri qatmaq bizim üçün həm məsuliyyətli, həm də həyəcanverici bir mərhələdir. Qürurla deyə bilərik ki, bu gündən müştəri mərkəzli yanaşmamız Avropa təcrübəsi ilə daha da möhkəmlənir”.


“Euronics” – Avropanın 37 ölkəsində, 7000-dən çox müstəqil mağazanı bir çətir altına toplayan və etibarlı texnologiyanı geniş istehlakçı auditoriyasına çatdıran pərakəndə güclərin birləşdiyi bir mərkəzdir. Bu qlobal təşkilatın əsas missiyası isə elektronika məhsullarını rəsmi və keyfiyyətli təchizatçılardan yüksək xidmət səviyyəsi ilə təmin etməkdir. 


“Kontakt” – Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalq brendin rəsmi partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır. Üstəlik, ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda 4 mağaza olaraq fəaliyyət göstərir və ilsonuna kimi fəaliyyət zonalarını bir qədər də genişləndirməyi hədəfləyir.
 


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda bina uçdu: 24 nəfər təxliyə olundu

Rusiyanın Yekaterinburq vilayətində inzibati binanın bir hissəsi uçub.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   Fövqəlad...

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev İran Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barəd...

Estetik əməliyyatdan sonra qadın təyyarəyə buraxılmadı

ABŞ sakini prosedura görə təyyarəyə buraxılmayıb. Sfera.az bildirir ki, Şataria Banksın bir neçə gün əvvəl etdiyi estetik prosedur onun normal uçuşuna mane...

Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin ...

Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ

Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb...

Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət aldı

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var.   Sfera.az-ın məlumatına görə, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşl...