İpoteka kreditləri mənzilləri bahalaşdırır? - Ekspertin şərhi

İpoteka kreditləri mənzilləri bahalaşdırır? - Ekspertin şərhi

Azərbaycanda son illərdə mənzil bazarında baş verən sürətli qiymət artımlarında ipoteka kreditlərinin də payı var. Hər il dövtlət vəsaiti hesabına yüzmilyonlarla manat həcmində kredit ayrılır. Bu vəsait mənzil bazarında tələbi gücləndirdiyindən qiymətlərdə artım sürəti bir qədər də bir qədər güclənir. 


Yalnız dövlət vəsaiti hesabına indyə qədər 3,5 milyard manatdan çox ipoteka krediti verilib. Dövlətlə bərabər banklar da öz vəsaiti hesabına çoxlu sayda ipoteka krediti ayırır. 


Sfera.az-a açıqlama verən əmlak eksperti Elnur Azadovun fikrincə, dövlət xətti ilə və özəl mənbələrin vəsaiti hesabına verilən ipoteka kreditləri mənzil bazarında alıcılıq qüvvəsinə müsbət təsir edir. O bu amilin qiymət artımlarına müəyyən qədər təsir göstərdiyini bildirdi. 

 


Amma ekspert düşünür ki, son illərdəki bahalaşmada ipoteka kreditlərinin təsiri güclü deyil:

 

"İpoteka kreditləri qiymət artımına təsir edən əsas amillərdən biridir. Amma əsas amil deyil. Mənzillərin sürətlə bahalaşdıran başqa güclü səbəblər var. 2020-ci ildən sonra inşaat materiallarının kəskin bahalaşması, tikinti şirkətləri arasında rəqabətin zəifləməsi, tikinti müəssisələrinə tətbiq olunan vergi siyasəti, eləcə də Rusiya və Ukraynadan gələn vətəndaşların bazara təsiri daşınmaz əmlakın qiymətlərini birbaşa yüksəldib. Əvvəllər bu qədər sürətli qiymət artımı müşahidə olunmazdı. İndi isə ilk olaraq tikinti şirkətləri qiymətləri qaldırır və bu artım bütövlükdə bazara yayılır”.

 

E.Azadov hesab edir ki, mənzil bazarında elə bir vəziyyət yaranıb ki, əgər inşaat materiallarının qiyməti və dövlət xətti ilə verilən kreditlərin həcmi azalsa da, bu, bazarda qiymət artımını dayandıra bilməyəcək. Onun sözlərinə görə, çünki bu amillər qiymət artımını dayandırmaq üçün kifayət qədər təsirli deyil. 


Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR