Banklar dolları bahalaşdırdı – SİYAHI
Ötən həftənin son iş günü banklarda Dolların alış qiymətinin artdığı müşahidə edilmişdi. Çoxları buna dolların düşməsinin dayanmasına ilkin işarə kimi baxdı.
Xəbər verdiyimiz kimi, Fevralın 11-də səhər saatlarında 1 dolları 1.6400 manata alan Kapital Bank 1.6700 manata, TuranBank 1.5800 manatdan 1.6000 manata, Bank of Baku isə 1.6000 mantdan 1.6400 manata qaldırmışdı.
"Marja” xəbər verir ki, Fevralın 13-də bir sıra banklarda Dolların satış və alış qiymətinin qalxması müşahidə edilir. Məsələn, ötən həftənin son iş gününün sonunda 1 dolları 1.7330 manata satan Unibank bu gün səhər 1.80 manata satır.
"AtaBank” satış məzənnəsi ilə bərabər alış qiymətini də qaldırıb. Ötən həftənin son iş gününündə 1 dolları 1.60 manata alan, 1.7350 manata satan Atabank, bu gün səhər Dolları 1.65 manata alır, 1.77 manata satır.
Azərbaycan Sənaye Bankı Dolların alış qiymətini 1.63 manatdan 1.65 manata, AGBank alışı 1.60 manatdan 1.63 manata, satışı isə 1.7301 manatdan 1.7350 manata qaldırıb.