"Birbank"la "Trendyol"da yeni ödəniş imkanı – “İndi al, sonra ödə”

"Birbank"la "Trendyol"da yeni ödəniş imkanı – “İndi al, sonra ödə”

Hər zaman innovativ, rəqəmsal həllər təqdim edən Birbank, Trendyol onlayn alış-veriş platformasında “İndi al, sonra ödə” ödəniş üsulunu təqdim edir. Yeni məhsul müştərilərə daha rahat və çevik alış-veriş imkanı yaradaraq onların istədikləri məhsulu istədikləri zaman əldə etməsinə imkan yaradır.

 

Artıq "Trendyol" istifadəçiləri alış-veriş zamanı bank tərəfindən təqdim edilən kredit limitindən istifadə edərək, alış-verişlərini istədikləri vaxt edib, ödənişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilərlər.

 

Bunun üçün aşağıda qeyd olunan mərhələləri ardıcıl şəkildə yerinə yetirmək kifayətdir:

 

  • Trendyol mobil tətbiqinə daxil olmaq;
  • “Azərbaycandan birbaşa al” bölməsinə keçid etmək;
  • Seçilmiş məhsulu səbətə əlavə etmək;
  • Ödəniş üsulu kimi “İndi al, sonra ödə” seçimindən istifadə etmək;
  • Təsdiq üçün tələb olunan məlumatları daxil etmək.
  •  

Birbank tamamilə faizsiz və komissiyasız olan bu xidmətlə müştərilərinə 50 AZN-dən 500 AZN-dək rahat alış-veriş imkanı təqdim edir. İstifadəçilər sadəcə biometrik təsdiqdən keçərək FİN kod və mobil nömrəni daxil edib kredit limitini aktivləşdirə bilərlər.

 

Ətraflı məlumat: //www.kapitalbank.az/bnpl

 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...