"Bank of Baku"dan maliyyə savadlılığına töhfə: Uşaqlar üçün maarifləndirici kitabça

"Bank of Baku"dan maliyyə savadlılığına töhfə: Uşaqlar üçün maarifləndirici kitabça

"Bank of Baku" rəqəmsal ödənişlər sahəsində maarifləndirmə tədbirlərini, eləcə də mümkün fırıldaqçılıq hallarına qarşı ehtiyatlı olmaqla bağlı çağırışlarını davam etdirir.

 

Bu dəfə "Bank of Baku" uşaqlar üçün maarifləndirici kitabçanın hazırlanılmasına dəstək göstərib. “Ömərin ödəniş kartları ilə tanışlığı” adlı kitabça məktəbəqədər və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub.

 

Kitabçanın hazırlanılmasında əsas məqsəd azyaşlı uşaqlara rəqəmsal ödəniş alətləri, onların düzgün istifadəsi və mümkün fırıldaqçılıq hallarından qorunma yolları barədə ilkin bilikləri çatdırmaqdır. Kitabçada məlumatlar hekayə formasında təqdim olunur və qavramanı artırmaq məqsədilə mövzuya uyğun maraqlı illüstrasiyalarla da zənginləşdirilib.

 

Hekayənin müəllifi "Bank of Baku"nun Ödəniş sistemləri departamentinin direktorunun müavini, eləcə də ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmovdur.

 

"Bank of Baku" və Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fintex Assosiasiyası, “Visa Inc.” beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan kitabça məktəblərə pulsuz şəkildə paylanacaq.

 

"Bank of Baku" bu təşəbbüsü ilə cəmiyyətin hər bir yaş qrupunu əhatə etməyi, gələcək nəsillərin daha məlumatlı, texnologiyanı doğru istifadə edən və maliyyə baxımından təhlükəsizliyini qorumağı bacaran fərdlər kimi yetişməsinə töhfə verməyi hədəfləyir.


OXŞAR XƏBƏRLƏR

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri

“Təkcə standard tələbə təqaüdlərinin deyil, tələbələrə verilən Prezident təqaüdünün də məbləği artırılıb. Hər il 102 nəfərə Prezident təqaüdü verilir. Bu ...

Ceyhun Bayramov Hakan Fidanla sülh prosesini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.   Sfera.az xəbər verir ki, bu bar...

Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR

Antalya şəhərinin Aksu, Gazipaşa, Manavgat və Muratpaşa rayonlarında meşə yanğınları baş verib. Alovlar qısa müddətdə yayılaraq yaşayış məntəqələrini də təhlükə...

Tofiq Qaziyev vəfat etdi - FOTO

Rəssam Tofiq Qaziyev vəfat edib.   Sfera.az bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.   Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu...

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...