Azərbaycanın qızıl ehtiyatının miqdarı açıqlanıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
Sfera.az "APA"ya istinadən xəbər verir ki, 2025-ci ilin I yarımilində Fondun investisiya portfelinin 19 milyard 133.2 milyon dollarlıq hissəsini (28.8%) qızıl investisiyaları təşkil edib.
Altı ay ərzində ARDNF qızıla olan investisiyalarını 6 milyard 778.6 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin sonunda Fonddun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq ABŞ dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin II rübündə 15.8 ton qızıl alıb. Belə ki, 2025-ci ilin 1 aprel tarixinə Fondun qızıl ehtiyatı 165.3 ton təşkil etdiyi halda bu il iyul 1-nə bu rəqəm 181.1 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2025-ci ilin əvvəlindən indiyə kimi 34.5 ton qızıl alıb.