Azərbaycanda makaron istehsalı 3 dəfəyə yaxın artıb

İqtisadiyyat
18:23 / 22.07.2025
3015
Bu ilin I yarısında Azərbaycanda 7 min 650,2 ton makaron məmulatları istehsal edilib.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.
İyulun 1-nə ölkədə 107,6 ton hazır məhsul ehtiyatı yaranıb.
Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.