Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub.

 

Şəmkir rayonunun Kür qəsəbəsində, Şəmkir su anbarının ətrafında baş tutan aksiyada ümumilikdə 750 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil verilib. Ərazinin təmizlənməsinə Kapital Bank-ın Qazax-Tovuz iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 33 nəfər əməkdaş könüllü olaraq qoşulub.

 

Layihənin əsas məqsədi cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın artırılması, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasının təbliği, eləcə də hər kəsin təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq edilməsidir.

 

Qeyd edək ki, 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər Fondu  və Kapital Bank tərəfindən start götürən marafon geniş coğrafiyanı əhatə edərək bu günədək Gəncə-Daşkəsən, Lənkəran–Astara, Mərkəzi Aran, Şəki–Zaqatala, Bakı və Quba-Xaçmaz iqtisadi rayonlarında həyata keçirilib.

 

Ətraflı məlumat: //shorturl.at/4fpoi

 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayı...

Bu xəstəliklər ağciyər xərçəngi riskini azaldır - Tədqiqat

Amerikalı alimlərin apardığı araşdırmaya görə, allergik rinit və ekzema ağciyər xərçəngi riskini azalda bilər.    Sfera.az xəbər verir ki, tədqi...

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

İyulun 20-də xidmətin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə naməlum şəxsin şübhəli hər...

Yer kürəsinın fırlanma sürəti artıb - Səbəb nədir?

22 iyul 2025-ci ildə Yer öz oxu ətrafında fırlanmasını həmişəkindən bir qədər sürətlə tamamlayacaq. Sürətin artması hesabına günün uzunluğu qısalacaq. 1973-cü i...

Maskın arzusu gerçəkləşdi: “Tesla Diner” restoranı Hollivudda açıldı - FOTO

Dünyanın ən zəngin insanı İlon Maskın illərdir planlaşdırdığı “Tesla Diner & Drive-In” restoranı Hollivudda fəaliyyətə başlayıb.   ...

Oliqarx Plaxotnyuk Yunanıstanda saxlanılıb - FOTO

Moldavanın Demokratlar Partiyasının keçmiş lideri, oliqarx Vladimir Plaxotnyuk Yunanıstanda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Moldova ...