Azərbaycan neftiylə bağlı XOŞ XƏBƏR
İqtisadiyyat
12:29 / 11.02.2017
1235
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,31 dollar, yaxud 2,31% artıb.
Sfera.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,99 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.