"Azər Türk Bank" müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir

"Azər Türk Bank" müştərilər üçün sərfəli kredit kampaniyasını davam etdirir
Kateqoriya məlum deyil
T

Dövlət bankı "Azər Türk Bank" fiziki şəxslərə 12 ayadək olan müddətə illik faiz dərəcəsi 11% və 0% komissiya ilə təklif edilən istehlak kreditləri üzrə kampaniyanın vaxtını uzatdı.

 

24 ayadək olan kreditlər, illik faiz dərəcəsi 15% həcmində olmaqla, 1% komissiya ilə verilir

 

36 ayadək olan kreditlər illik 16%-lə, 48 aylıq kreditlər illik 17%-lə rəsmiləşdirilir.

 

Ortaaylıq rəsmi gəlirindən asılı olaraq, hər bir şəxsin zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manatdır.

 

Azər Türk Bankın saytında krediti online sifariş vermək olar.

 

Kampaniya 2025-ci il 16 iyun daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR