"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku"nun süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.

 

Bankın və "Bolkart"ın rəsmi veb-səhifələrində (bankofbaku.com və bolkart.az) süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verilib. Yeni virtual köməkçi xidmət keyfiyyətini daha da təkmilləşdirmək, müştəri xidmətlərini ən son texnologiyalara uyğunlaşdırmaq məqsədilə yaradılıb.  

 

Xidmət sayəsində müştərilər bankın məhsulları, xidmətləri barədə 24/7 rejimində operativ və ətraflı məlumat alacaq. 

 

Qeyd edək ki, süni intellektin ən son imkanları ilə təmin olunmuş BOBAI müştərilərin suallarını anlama və uyğun cavab təqdimetmə qabiliyyətinə malikdir. Sistem mürəkkəb və fərdi yanaşma tələb edən hallarda müştəriləri canlı operatora yönləndirir. 

 

Bu xidmət "Bank of Baku" yaxın gələcək üçün hədəflədiyi rəqəmsal tranformasiya planının bir hissəsidir və bankın digər rəqəmsal platformalarına inteqrasiya da nəzərdə tutulub.

 

30 ildən çoxdur ki, fəaliyyət göstərən bank paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.


OXŞAR XƏBƏRLƏR

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...