"Trampın 100%-lik tarif tətbiq etmə ehtimalı azdır"

ABŞ Prezidenti Donald Trampın Rusiya və onun əsas ticarət tərəfdaşlarına 100% tariflər tətbiq etməsi ehtimalı azdır.
Sfera.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, belə addım ABŞ və onun müttəfiqlərinin iqtisadiyyatına ciddi ziyan vura və ABŞ-Çin münasibətlərində yeni qarşıdurma mərhələsinə səbəb ola bilər.
Məlumata görə, 2024-cü ildə Rusiyadan ABŞ-yə idxalın həcmi 3 milyard dollar təşkil edib. Bu idxalın içində Amerika atom elektrik stansiyaları üçün zəruri olan gübrə, polad və uran kimi strateji məhsullar da var. Eyni zamanda, ABŞ-nin Rusiyaya ixracı cəmi 500 milyon dollara çatır ki, bunu da "əhəmiyyətsiz məbləğ" adlandırırlar.
Bununla yanaşı, Rusiyanın əsas ticarət tərəfdaşı olan Çinə qarşı tariflər Vaşinqtonla Pekin arasında münasibətləri daha da gərginləşdirə bilər.
Analitiklər hesab edirlər ki, Tramp əvvəllər “Amerika maraqları üçün prioritet olmayan ölkə” adlandırdığı Ukrayna uğrunda Çinlə qarşıdurmaya getmək istəməyəcək.
Fidan Hacızadə
Sfera.az