Logo

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəsində olub.

Bankın kredit portfelinin həcmi 806 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 7,3% çoxdur.

2025-ci ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 24, 3% yüksəlməklə 84,5 milyon manat, xərcləri 77,5 milyon manat olmuşdur.

Hesabat dövründə Azər Türk Bank 7 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.

Bankın məcmu kapitalının həcmi 18,2% artaraq, 107,7 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 29,1% artımla 1,8 milyard manat səviyyəsindədir.

Bankın depozit portfeli 28,4% böyüyərək, 1,1milyard manat təşkil etmişdir.

Azər Türk Bankın nizamnamə kapitalı 79 milyon manat həcmindədir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, "WhatsApp" (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR