14 il sonra ilk dəfə - Gümüşün qiyməti rekord həddə çatdı

İqtisadiyyat
01:17 / 12.07.2025
956
"Comex" birjasında 2025-ci ilin sentyabr ayı üçün gümüş fyuçerslərinin qiyməti 39 dolları ötüb.
Sfera.az xəbər verir ki, bu 21 sentyabr 2011-ci ildən bəri ilk dəfə baş verir.
Axşam saatlarında qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 39,01 dollar (+4.57%) təşkil edib.