Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik və ticarət sektorunda fəaliyyət xeyli zəifləyir.
Sfera.az xəbər verir ki, ən çox təsirlənən sahələr sırasında toy və şənlik xidmətləri gəlir. Şadlıq sarayları, musiqili məkanlar bu dövrdə ya tamamilə fəaliyyətini dayandırır, ya da sifariş qəbul etmir. Eyni zamanda Musiqiçilər və DJ-lər də işləməyənlər qrupuna aid edilir.
Əyləncə sektorunda da ciddi azalmalar olur. Konsertlər, teatr tamaşaları, festivallar ləğv edilir və ya təxirə salınır. Gözəllik salonları, vizajistlər də müştəri azlığı ilə üzləşir.
Bununla belə, bazarda canlanma yaşayan sahələr də var. Məhərrəmlikdə yas mərasimləri üçün iaşə xidmətlərinə, qara geyimlərə, dini kitab və atributların satışına maraq artır. Xeyriyyə məqsədli yemək paylamaları, ehsan süfrələri hazırlayan müəssisələrdə sifarişlərin çoxaldığı qeyd olunur.
Fidan Hacızadə
Sfera.az