Azərbaycanda ət bahalaşacaq - VİDEO


Azərbaycanda ət bahalaşacaq - VİDEO

Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur.

 

Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə yüksək olsa da, ot bazarında qiymətlər hələ də yüksək səviyyədə qalır. Tovuzda satıcılar qiymətlərin nisbətən aşağı düşdüyünü iddia etsələr də, alıcılar əksini deyir və qiymətlərin əvvəlki kimi yüksək olduğunu bildirirlər.

 

Hazırda Şəki və İsmayıllı bölgələrində quru otun bir bağlaması 4-6 manat arasında satılır. Bazarda otun qiyməti 2 manatdan başlayır, lakin heyvanlar üçün daha faydalı sayılan yonca və vələmirin bağlaması 4-5 manatdan da yuxarı təklif olunur.

 

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı bildirib ki, yem və digər təsərrüfat xərclərinin artması sonda ət məhsullarının da bahalaşmasına gətirib çıxarır. Onun sözlərinə görə, yaxın vaxtlarda ətin qiymətində yenidən artımın baş verməsi qaçılmazdır.

 


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...