Dövlət Reklam Agentliyi auditor seçir

İqtisadiyyat
09:34 / 25.06.2025
4631
Dövlət Reklam Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Sfera.az xəbər verir ki, sorğuda iştirak haqqı 138 manatdır.
İddiaçılar təkliflərini iyulun 18-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyulun 18-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.