Rusiyada dollar və avro BAHALAŞDI

İqtisadiyyat
23:28 / 24.06.2025
2926
Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.
Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında dərc olunan məlumatda deyilir.
İyunun 25-də dolların məzənnəsi təxminən 78,39 rubl, avro isə 91,74 rubl təşkil edəcək.
Müqayisə üçün: iyunun 24-də dollar 78,29 rubl, avro isə 89,84 olub.
Beləliklə Rusiya Mərkəzi Bankı dünyanın aparıcı valyutalarının rəsmi məzənnələrini bahalaşdırıb: dolları 10 qəpik, avronu 1,9 rubl. Çin yuanı da 10 qəpik bahalaşıb — 10,87 rubldan 10,97 rubla.(publika.az)