Azərbaycan nefti yenidən ucuzlaşdı

Kateqoriya məlum deyil
T
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 80,08 ABŞ dolları təşkil edib.
Sfera.az xəbər verir ki, bu, 0,26 ABŞ dolları, yaxud 0,32% azalma deməkdir.
Azərbaycan neftinin əvvəlki qiyməti 80,34 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.






