"Burada varlı-kasıb söhbəti olmamalıdır" - Deputatdan ETİRAZ

"Burada varlı-kasıb söhbəti olmamalıdır" - Deputatdan ETİRAZ

“Qaz təchizatı haqqında” qanuna edilən dəyişiklik nəticəsində istehlakçıların istifadə edib-etməməsindən asılı olmayaraq müəyyən edilmiş aylıq sabit tarifi ödəməsinə qarşı olduğumu birinci oxunuşda da söyləmişdim". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.

 

Onun sözlərinə görə, burada kasıb-varlı söhbəti olmamalıdır:

 

"Heç kimə qaz pulsuz çəkilmir. Hər bir vətəndaş xərcini ödəyib qaz çəkdirir. Aydın oldu ki, bu dəyişikliyi rədd edə bilməyəcəyik. Amma, bütün izahlarda, şərhlərdə qeyd olunur ki, bunun kasıb əhaliyə təsiri olmayacaq. Əgər bu doğrudan da belədirsə, təklif edirəm ki, qanunda aydın və gizlinsiz göstərilsin ki, bir yaşayış yeri olan ailələrə bu qanun şamil edilməsin.

Bilirsiniz nəyə görə? Ailələr tanıyıram ki, qazı işlətmir ki, aylığı ödəyə bilməyəcək. Qazı çox soyuq olan zaman yandırır, yaxud körpə uşaq olan otaqda yandırır. Ailələr tanıyıram ki, onlar kombini bir neçə saat yandırır və gecələr söndürür ki, yorğanın altında qızınsınlar".

 

Deputat bildirib ki, bütün bunları nəzərə alaraq, ya mövcud maddələrdən birinə, ya da əlavə bir maddə əlavə edilsin ki, istehlakçılar aydın şəkildə qanunu başa düşsünlər. 

 

"Mən oxudum, amma tam aydın ifadə edilən maddə tapmadım. Ola bilsin ki, mənim texniki biliklərim yetərincə deyil. Amma, istehlakçıların 90 faizinin də texniki bilikləri elə mənim biliklərim qədərdir. Mən əsaslı izahat verilməsini istəyirəm".


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin konfrans iştirakçılarına müraciəti BMT sənədi kimi yayıldı

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və istiqmaların dağıdılması” mövzusunda be...

56 yaşlı kişi bağda gilas yığarkən vəfat etdi

Xaçmazda meyvə bağında kişi meyidi tapılıb.   Sfera.az Bizim.Media-ya istiadən xəbər verir ki, rayonun Müzəffəroba kəndində 59 yaşlı Qurbanalı E...

İranlı nüvə mütəxəssisi həyat yoldaşı ilə birgə öldürüldü

İranlı nüvə mütəxəssisi İsar Təbatəbai Tehranda yerləşən evində həyat yoldaşı Mənsurə Hacı Salimlə birlikdə hücuma məruz qalaraq qətlə yetirilib.  ...

Mikroavtobus minik maşını ilə toqquşdu: 4 nəfər yaralandı - FOTO

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.   Bu barədə Sf...

Ərdoğan İslam dünyasını həmrəy olmağa çağırdı

“İsrailin son dövrlər İrana qarşı həyata keçirdiyi hücumlar təsadüfi deyil və bu hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi dövr...

Səmanın Memarı və Bakı Ağ Şəhərin Ruhuna Hopan Əl

Bu dəfə paytaxtın ən iddialı şəhərsalma layihələrindən biri – Bakı Ağ Şəhərin memarlıq sirrləri araşdırılıb.   Sfera.az HafizTimes.com-a i...