Dollar ucuzlaşır?

Dollar ucuzlaşır?

ABŞ-nin maliyyə naziri bildirib ki, ABŞ dövlət borcuna görə defoltla üzləşə bilər. Hazırda Amerikanın 36,7 trilyon dollar borcu var. 

 

Maraqlıdır, ABŞ defoltla üzləşərsə, dünyada dollar ucuzlaşa bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Amerikanın defolt təhlükəsi son 10 ildir var, lakin heç vaxt bu baş vermir. 

 

 

Onun sözlərinə görə, Amerikanı defolt olmağa imkan verməyən ökələr də var:

 

“Defolt üçün borc kağızları qiymətdən düşməli və ya onlarla olan əməliyyatalarda ABŞ öz öhdəliklərini yerinə yetirməməlidir. Bu da mümkün deyil. Amerika borc istəyəndə bütün ölkələr verir. O, bir borcla digərlərini bağlayır. Buna görə də defolt təhlükəsi olsa da, həyata keçirilməsi mümkünsüzdür”.

 

Qeyd edək ki, ABŞ büdcəsinin böyük hissəsi aşağıdakı sahələrə gedir:

 

Müdafiə xərcləri (ordu və hərbi texnika)

 

Sosial təminat (pensiyalar, tibbi sığorta – Medicare və Medicaid)

 

İnfrastruktur, təhsil, səhiyyə

 

Bütün bu sahələrə ayrılan vəsait vergilərdən çox olduqda, hökumət borc olaraq kəsiri bağlayır.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR