“Billur Petrol” buna görə 20 min cərimələndi

“Billur Petrol” buna görə 20 min cərimələndi

“Billur Fimrası” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Tovuz rayonu ərazisində yerləşən “Billur Petrol” yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

 

Eyni zamanda Cəmiyyətin direktoru Dəmirov İlham Kamıl oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.


OXŞAR XƏBƏRLƏR

Deputatdan sabit tarifə etiraz: "Bu təcrübəni hansı ölkələrdən əxz etmişik ?"

"Vətəndaş qaz çəkilişi zamanı, mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. Indi onlar sabit ta...

İran prezidenti xalqa müraciət edəcək

İran prezidenti Məsud Pezeşkian İsrailin İrana hücumu ilə əlaqədar tezliklə xalqa müraciət edəcək.   Sfera.az xəbər verir ki, bununla əlaqə...

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

Maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin ipoteka şərtlərinə uyğun kontingentin 90 %-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin ...

İsrail-İran gərginliyi - Azərbaycan üçün risklər hansılardır?

İsrail və İran arasında ciddi gərginlik yaranıb. Bu məsələdə Azərbaycanı düşündürən əsas məqam baş verənlərin ölkəmizə təsiri imkanları ilə bağlıdır.  &...

İsrailə səfər edənlərə MÜRACİƏT – “Bu qaydalara əməl edin!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə İsrail Dövləti ...

"Səhiyyə xidmətlərinin əsas hissəsini TƏBİB həyata keçirir" - Nazir

"Ölkə ərazisində göstərilən dövlət səhiyyə xidmətlərinin əsas hissəsi icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları tərəfindən həyata keçirilir"...