Azərbaycanda əməkhaqqı artacaq

Azərbaycanda əməkhaqqı artacaq

Saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün “Əmək Məcəlləsinə” ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədi ilə Nazirlər Kabinetinə təqdim olunub. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

 

Bəs saatlıq əmək haqqı mexanizminin tətbiqi vətəndaşlara nə vəd edir?

 

Onun sözlərinə görə, yeni mexanizmin tətbiq olunması əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq:

 

“Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda, vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu, qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin”. 

 

Millət vəkili qeyd edib ki, yeni mexanizmin tətbiq edilməsi əməkhaqlarının artırılmasına səbəb ola bilər.

 

V.Bayramov nəzərə çatdırıb ki, müəyyən meyarlar müəyyənləşəcək:

 

“Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir”.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Toya gedən şəxs döyüləndən 9 gün sonra ölüb- VİDEO

Cəlilabad rayonu Həziabad kənd sakini 41 yaşlı Qənbər Yusubov döyülərək öldürülüb.    Sfera.az xəbər verir ki, hadisə Masallının Alvadı kəndində...

Rusiya Krım körpüsündə hərəkəti dayandırdı

Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə teleqram kanalında məlumat verilib. &n...

Sürücülərin nəzərinə!

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologi...

Tovuzda DƏHŞƏT: Oğul anasını balta ilə öldürdü, bacısını yaralayıb evi yandırdı

Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.   Sfera...

Azərbaycan XİN İsveçi Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçi Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, XİN bununla bağlı "X" sosial...

“Google Chrome” istifadəçiləri təhlükə altındadır: Təcili yeniləyin

“Google”, hakerlər tərəfindən aktiv şəkildə istifadə edilən “yüksək önəmli” bir təhlükəsizlik proqramını (CVE-2025-5419) aradan qaldırma...