Bu şəxslər işləməsə də maaş alacaq - RƏSMİ

Bu şəxslər işləməsə də maaş alacaq - RƏSMİ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “Əmək Məcəlləsində” dəyişikliklər müzakirə olunub və plenar iclasa tövsiyyə olunub. Qanunvericiliyə təklif edilən yeni dəyişikliklər ilə sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq beş ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

 

 

Onun sözlərinə görə, illik və beş illik minimum kreditlərini toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər. 

 

Millət vəkili qeyd edib ki, dəyişikliklərdə əsas məqamlardan biri sertifikasiya imtahanından keçməyən işçilərin altı ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasıdır:

 

“Yəni, sertifikasiyadan keçməyən vətəndaşımızın altı aylıq maaş saxlanacaq ki, o növbəti, ikinci imtahana hazırlaşa bilsin. Bu zaman onun əmək müqaviləsinə xitam verilməyəcək. Yəni, həmin vətəndaşlarımız sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməsələr də belə onlar işdən azad edilməyəcəklər. Bu onlara əmək müqaviləsi saxlanmaqla yenidən özünü sınamaq imkanı deməkdir.

Dəyişikliklər sertifikasiyanın birinci mərhələsində uğur qazana bilməyənlərin sosial müdafiəsini qorumaq və eləcə də onlara əmək müqaviləsi saxlanılmaqla yenidən imtahanda iştirak imkanı yaradacaq. Yalnız ikinci cəhdə uğursuz olanların əmək müqaviləsinə xitam veriləcək. Birinci imtahanda sertifikasiyadan keçə bilməyənlərin işdən azad olunmaması sosial ədalət baxımdan da vacib dəyişiklikdir”.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb. Sfera.az bildirir ki, bütün dünyada sa...

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

"Dədə Qorqud"da avarçəkmə təlimi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçir...

Buraxılış imtahanında 17 şagird 300 bal topladı - ADLAR

Aprelin 20-də keçirilən 9 illik buraxılış imtahanında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.   Bu barədə Sfera.az-a D...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...